Azərbaycan Futbolu

“Qarabağ”ın “Atletik”lə oyununun hakimləri

Bakı, 20 oktyabr, Tsport.az

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda İspaniyanın “Atletik” klubu ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Tsport.az xəbər verir ki, UEFA oktyabrın 22-də Bilbaoda təşkil olunacaq görüşü Xorvatiyadan olan hakimlər briqadasına həvalə edib:

22 oktyabr

“Atletik” (İspaniya) – “Qarabağ” (Azərbaycan)

“San Mames” stadionu. Saat 20:45

Baş hakim: İqor Payaç

Baş hakimin köməkçiləri: Boyan Zobeniça, İvan Mixali

Dördüncü hakim: Zdenko Lovriç

VAR: İvan Bebek

(Hamısı Xorvatiya)

AVAR: Fedayi San (İsveçrə)