Azərbaycan Futbolu

“Qarabağ”ın Avstriyadakı bütün rəqibləri bəlli oldu

Bakı, 1 iyul , Tsport.az 

Ağdam təmsilçisi “Qarabağ” Avstriyada keçiriləcək təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama matçına çıxacaq.

Tsport.az xəbər verir ki, klubun hazırlıq planı və rəqiblərinin adları artıq açıqlanıb.

Toplanış yeri: Kaprun, Zell-Am-See (Avstriya)
Tarixlər: 2–16 iyul
Bütün oyunlar Kaprun stadionunda keçiriləcək

Yoxlama oyunlarının təqvimi:

  • İyulun 7-si
    Xarkov “Metallist”
    17:30 (Avstriya vaxtı), 19:30 (Bakı vaxtı)
  • İyulun 11-i
    “Tvente” (Niderland) – İki oyun
    15:00 və 17:15 (Avstriya vaxtı)
    17:00 və 19:15 (Bakı vaxtı)
  • İyulun 15-i
    “Zalsburq” (Avstriya)
    18:00 (Avstriya vaxtı), 20:00 (Bakı vaxtı)

“Qarabağ” hazırlıqlara iyunun 18-də Bakıda start verib və 16 iyula qədər Avstriyada təlim-məşq toplanışını davam etdirəcək.