“Qarabağ”ın Avstriyadakı bütün rəqibləri bəlli oldu
Bakı, 1 iyul , Tsport.az
Ağdam təmsilçisi “Qarabağ” Avstriyada keçiriləcək təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama matçına çıxacaq.
Tsport.az xəbər verir ki, klubun hazırlıq planı və rəqiblərinin adları artıq açıqlanıb.
Toplanış yeri: Kaprun, Zell-Am-See (Avstriya)
Tarixlər: 2–16 iyul
Bütün oyunlar Kaprun stadionunda keçiriləcək
Yoxlama oyunlarının təqvimi:
- İyulun 7-si
Xarkov “Metallist”
17:30 (Avstriya vaxtı), 19:30 (Bakı vaxtı) - İyulun 11-i
“Tvente” (Niderland) – İki oyun
15:00 və 17:15 (Avstriya vaxtı)
17:00 və 19:15 (Bakı vaxtı) - İyulun 15-i
“Zalsburq” (Avstriya)
18:00 (Avstriya vaxtı), 20:00 (Bakı vaxtı)
“Qarabağ” hazırlıqlara iyunun 18-də Bakıda start verib və 16 iyula qədər Avstriyada təlim-məşq toplanışını davam etdirəcək.