Azərbaycan Futbolu

“Şəfa” 7 futbolçusu ilə yollarını ayırdı

Bakı, 3 iyul , Tsport.az 

2025/26 mövsümündə Azərbaycan I Liqasında çıxış edəcək “Şəfa” Futbol Klubu heyətində dəyişikliklərə start verib.

Tsport.az xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, 7 futbolçu ilə yollar ayrılıb.

Vidalaşılan futbolçular:

  • Ceyhun Cavadov
  • Rafiq Həsənov
  • İbrahim Aslanlı
  • Rəsul Əliyev
  • Cavad Bağırov
  • Comərd Baxşəliyev
  • Elməddin Hüseynzadə
  • Ratmir Kavtunov

Klub bu oyunçulara göstərdikləri xidmətlərə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, “Şəfa” ötən mövsüm Azərbaycan II Liqasında 2-ci yeri tutaraq I Liqaya vəsiqə qazanıb.