“Şəfa” 7 futbolçusu ilə yollarını ayırdı
Bakı, 3 iyul , Tsport.az
2025/26 mövsümündə Azərbaycan I Liqasında çıxış edəcək “Şəfa” Futbol Klubu heyətində dəyişikliklərə start verib.
Tsport.az xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, 7 futbolçu ilə yollar ayrılıb.
Vidalaşılan futbolçular:
- Ceyhun Cavadov
- Rafiq Həsənov
- İbrahim Aslanlı
- Rəsul Əliyev
- Cavad Bağırov
- Comərd Baxşəliyev
- Elməddin Hüseynzadə
- Ratmir Kavtunov
Klub bu oyunçulara göstərdikləri xidmətlərə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, “Şəfa” ötən mövsüm Azərbaycan II Liqasında 2-ci yeri tutaraq I Liqaya vəsiqə qazanıb.