“Sabah”dan heç-heçə
Bakı, 29 iyun , Tsport.az
Avstriyada təlim-məşq toplanışında olan “Sabah” komandası yay hazırlığı çərçivəsində ilk yoxlama görüşünü keçirib. Masazır təmsilçisi Sloveniyada Rumıniyanın “Rapid” (Buxarest) klubu ilə qarşılaşıb.
Tsport.az xəbər verir ki, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu qarşılaşma həm də baş məşqçi Valdas Dambrauskas üçün “Sabah”da ilk oyun olub.
Azərbaycan Kubokunun son qalibinin heyətində qolları Joy-Lance Mickels və Xəyal Əliyev vurub.
“Sabah” hazırlıq çərçivəsində növbəti yoxlama oyununu 3 iyul tarixində Macarıstan təmsilçisi “Paksi” ilə keçirəcək.