Tofiq Bəhramov adına stadion ESSMA-ya üzv oldu
Bakı, 9 iyul, Tsport.az
Tofiq Bəhramov adına Respublika Stadionu Avropa Stadion və Təhlükəsizlik İdarəçiliyi Assosiasiyası – ESSMA-nın rəsmi üzvlüyünə qəbul edilib.
Tsport.az xəbər verir ki, ESSMA-nın rəsmi internet səhifəsində stadionun üzvlüyü ilə bağlı paylaşım edilib.
Qurumun açıqlamasında bildirilir ki, bu addım stadionun beynəlxalq təcrübə mübadiləsində daha fəal iştirak etməsinə, təhlükəsizlik və idarəetmə sahələrində inkişafına təkan verəcək.
Məlumatda arenanın 31,200 nəfərlik tamaşaçı tutumu olduğu, Azərbaycan milli komandası və Qarabağ FK-nın ev oyunlarına sahiblik etdiyi qeyd olunub. Həmçinin stadionun dünyada məşhur referi Tofiq Bahramovun adını daşıyan ilk arena olduğu da xüsusi vurğulanıb.