Azərbaycan Futbolu

Tovuzda bərabərlik: “Turan Tovuz” və “Şamaxı” xalları bölüşdü

Bakı, 25 aprel, Tsport.az

Misli Premyer Liqasının XXXII turuna Tovuz şəhər stadionunda start verilib.

Tsport.az xəbər verir ki, turnirin ilk qarşılaşmasında “Turan Tovuz” öz meydanında “Şamaxı” ilə qarşılaşıb və oyun 1:1 hesabı ilə başa çatıb.

Matçın ikinci hissəsində ardıcıl qollar qeydə alınıb. Kauan Martins 54-cü dəqiqədə ev sahiblərini önə keçirsə də, cəmi iki dəqiqə sonra Brahim Konate bərabərlik qolunu vuraraq “Şamaxı”ya bir xal qazandırıb.

Bu nəticədən sonra “Turan Tovuz” xallarının sayını 49-a çatdıraraq 4-cü pillədə qərarlaşıb. “Şamaxı” isə 35 xalla 6-cı yeri qoruyur.

Qeyd edək ki, XXXII tura aprelin 28-də yekun vurulacaq.