Azərbaycan Futbolu

“Traktor”un oyunları Azərbaycanda yayımlanacaq

Bakı, 3 iyul , Tsport.az 

İran çempionu olaraq tarixində ilk dəfə Asiya Çempionlar Liqasına vəsiqə qazanan “Traktor” klubunun bu turnirdəki bütün oyunları “İdman TV” vasitəsilə Azərbaycan tamaşaçıları üçün canlı yayımlanacaq.

Tsport.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yayıb. Bildirilib ki, yayım hüququ “İdman TV” ilə beynəlxalq yayım şirkəti arasında imzalanmış rəsmi müqavilə əsasında əldə olunub.