Azərbaycan Futbolu

“Turan Tovuz”dan yay transfer pəncərəsində ilk rəsmi keçid

Bakı, 23 iyun , Tsport.az 

Turan Tovuz” yay transfer çalışmalarına start verib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, qərb təmsilçisi Kabo-Verde millisinin üzvü David Oliveira Tavares ilə 3 illik müqavilə imzalayıb.

Tsport.az xəbər verir ki, Portuqaliyanın “Benfica” akademiyasının yetirməsi olan 26 yaşlı yarımmüdafiəçi son olaraq Rumıniyanın “FC Buzău” klubunda çıxış edib. O, karyerası ərzində həmçinin Portuqaliyanın “Moreirense FC”, “SCU Torreense” və “FC Famalicão” klublarının formasını geyinib.