UEFA-dan Azərbaycan klublarına ödəniş
Bakı, 15 iyul , Tsport.az
UEFA 2024/2025 mövsümünə dair “Həmrəylik ödəmələri” proqramı çərçivəsində Azərbaycanın 9 futbol klubuna ümumilikdə 1.279.000 avro məbləğində maliyyə dəstəyi göstərib.
Tsport.az xəbər verir ki, ödənişlər AFFA-nın vasitəçiliyi ilə birbaşa klub hesablarına köçürülüb.
Bu proqramdan “Qarabağ” klubu istisna olmaqla aşağıdakı komandalar faydalanıb:
| Klub Adı | Ödəniş Məbləği |
|---|---|
| Neftçi | 142.111 avro |
| Səbail | 142.111 avro |
| Araz-Naxçıvan | 142.111 avro |
| Sumqayıt | 142.111 avro |
| Sabah | 142.111 avro |
| Şamaxı | 142.111 avro |
| Zirə | 142.111 avro |
| Turan Tovuz | 142.111 avro |
| Kəpəz | 142.111 avro |

