Yamal “Real Madrid”i sərt tənqid etdi
“Barcelona”nın 18 yaşlı ulduzu Lamin Yamal “El Klasiko” öncəsi qalmaqallı açıqlama verib.
“Tsport.az” xəbər verir ki, gənc futbolçu “Kings League”in “YouTube” kanalına müsahibəsində “Real Madrid”i sərt tənqid edib:
“Bəli, həm oğurlayırlar (hakim qərarlarına işarə edərək), həm də şikayət edirlər. Qısası, nəsə etməyi bacarırlar…”.
Yamal ötən mövsüm “Barcelona”nın “Real Madrid”i 4 xal fərqi ilə geridə qoyduğunu xatırladaraq, rəqibin artıq onlara cavab verə bilmədiyini bildirib.
Bu mövsüm o, 7 oyunda 3 qol və 5 asistlə komandasına töhfə verib.
Leyla Sənani

