Azərbaycan Futbolu

Yassin Benzia üçün yollar açılır

Bakı, 5 iyul , Tsport.az 

Qarabağ”la yollarını ayıran Yassin Benzia yay transfer pəncərəsinin diqqət çəkən azad agentlərindən birinə çevrilib.

Tsport.az xəbər verir ki, 30 yaşlı əlcəzairli yarımmüdafiəçiyə maraq göstərən klubların siyahısı günü-gündən böyüyür.

İki mövsüm “Qarabağ”da nüfuz qazanan və azarkeşlərin rəğbətini qazanmağı bacaran Benzia üçün Çin Superliqasının təmsilçisi “Changchun Yatai” konkret addımlar atmağa hazırlaşır. “Africafoot”un yaydığı xəbərə görə, Çin klubu oyunçuya maliyyə baxımından cəlbedici təklif təqdim etməklə yanaşı, onu meydanın lideri kimi görməyi planlaşdırır.

Bundan əlavə, Səudiyyə Ərəbistanının tanınmış klublarından biri və Tunis nəhəngi “Espérance de Tunis” də Benzianın xidmətlərində maraqlıdır. Lakin maliyyə və liderlik şərtlərinə görə “Changchun Yatai”nin ön plana çıxdığı bildirilir.

Xatırladaq ki, Benzia “Qarabağ”dan məhz razılaşdırıla bilməyən maliyyə şərtləri səbəbindən ayrılıb.