Azərbaycan Futbolu

“Zirə” Abdul Aziz Batibie ilə 4 illik müqavilə imzaladı

Bakı, 2 iyul , Tsport.az 

Azərbaycan Premyer Liqası təmsilçisi “Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Tsport.az xəbər verir ki, toqolu vinger Abdul Aziz Batibie ilə 4 illik müqavilə bağlanıb. Bu, 18 yaşlı futbolçunun karyerasında ilk peşəkar müqavilədir.

“Zirə” yay transfer pəncərəsində aktiv fəaliyyət göstərir. Klub daha əvvəl Brahim Konate (“Şamaxı”), Yeqor Boqomolski (“Neftçi”), İsmayıl İbrahimli (“Qarabağ”) və Rövlan Muradovu (“Sumqayıt”) transfer etmişdi.