Azərbaycan Asiya Kubokunda iştirak edəcək
Bakı, 2 iyul , Tsport.az
3–4 iyul tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək yeniyetmələr arasında cüdo üzrə Asiya Kubokunda Azərbaycan da təmsil olunacaq. Yarışda 10 ölkədən 459 cüdoçu mübarizə aparacaq.
Tsport.az xəbər verir ki, Azərbaycan Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırovun rəhbərliyi altında turnirə qatılacaq. Komandamız 4 çəki dərəcəsində 4 idmançı ilə təmsil olunacaq:
Qızlar:
- -44 kq: Fatimə Abdullayeva
- -52 kq: Könül Eyvazlı
Oğlanlar:
- -60 kq: Nicat Şıxızadə
- -66 kq: İlkin Qarayev