Azərbaycan bu həftə UEFA reytinqində zirvədə!
Bakı, 27 iyul , Tsport.az
Avrokuboklarda bu həftə ən çox əmsal toplayan ölkələr bəlli olub. Sevindirici xəbər budur ki, Azərbaycan Polşa ilə birlikdə ilk pillədə qərarlaşıb!
Tsport.az xəbər verir ki, hər iki ölkəyə 0.875 əmsal yazılıb. Onları Albaniya və Kipr (hər ikisi 0.750 əmsal ilə) izləyir.
Qeyd edək ki, hazırda Azərbaycan UEFA reytinqində 18.125 əmsalla 29-cu yerdədir.