Azərbaycan cüdoçuları Monqolustanda “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayır
Bakı, 24 iyul , Tsport.az
İyulun 24-də Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi başa çatıb. Püşkatmanın nəticələrinə əsasən, cüdoçularımızın ilk rəqibləri bəlli olub.
Tsport.az xəbər verir ki, bu beynəlxalq turnirdə Azərbaycanı iki çəki dərəcəsində üç idmançı təmsil edəcək.
Yarışlar sabah Bakı vaxtı ilə saat 08:00-da start götürəcək. Turnirin təsnifat mərhələsinin bütün görüşlərini JudoTV.com saytında Azərbaycan dilində canlı şərhlərlə izləyə bilərsiniz. Final bloku isə saat 13:00-dan etibarən İdman TV telekanalında canlı yayımlanacaq.
Kişilər arasında ilk rəqiblər aşağıdakılardır:
- -60 kq, 1/8 final:
- Balabəy Ağayev – Konstantin Simeonidis (BƏƏ) / Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə qarşılaşacaq.
- Turan Bayramov – Sumiyabazar Enxtayvan (Monqolustan) / Yuantao Van (Çin) cütünün qalibi ilə üz-üzə gələcək.
- -66 kq, 1/16 final:
- Elşən Əsədov – Cantsandorj Unurbat (Monqolustan) ilə mübarizə aparacaq.