Azərbaycan Formula-1 Qran-prisinin ikinci gün proqramı
Bakı,20 sentyabr , Tsport.az
Bu gün Bakıda keçirilən sayca doqquzuncu Formula-1 Azərbaycan Qran-prisinin ikinci günü start götürür. İkinci günün proqramı çərçivəsində Formula-1-in üçüncü sərbəst yürüşü və təsnifat mərhələsi, həmçinin Formula-2-nin sprint yarışı baş tutacaq.
Tsport.az xəbər verir ki, Qran-prinin birinci günündə Formula-1-in sərbəst yürüşləri, eləcə də Formula-2-nin sərbəst yürüşləri və təsnifat mərhələsi keçirilib.
Yarışların qalibləri olub: Lando Norris (McLaren), Lyuis Hemilton (Ferrari), Aleks Dann (Rodin) və Cek Krouford (DAMS).
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Aytac Mustafayeva