Azərbaycan karateçiləri Xorvatiyada bürünc medal qazandılar
Bakı, 29 iyun , Tsport.az
Xorvatiyanın Poreç şəhərində keçirilən “Karate1 Youth League & Parakarate Cup” turnirində Azərbaycan təmsilçiləri uğurlu çıxışla yadda qalıblar.
Tsport.az xəbər verir ki, Orucova Gülay 16–17 yaşlı karateçilər arasında -59 kq çəki dərəcəsində, Aslan Ərcan isə parakarate üzrə K21 kateqoriyasında mübarizə apararaq bürünc medal qazanıblar.
Hər iki idmançımızın şəxsi məşqçisi Sənan Cəfərov olub.