Basketbol

Azərbaycan Klublarının Avropa Kubokundakı Rəqibləri Bəlli Oldu

Bakı, 23 iyul , Tsport.az

Basketbol üzrə Avropa Kubokunda Azərbaycanı təmsil edəcək “Abşeron Lions” və “Neftçi” klublarının ilk təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Püşkatma mərasimi Almaniyanın Münhen şəhərində keçirilib.

Tsport.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, “Abşeron Lions” Kiprin “Anortosis” klubu ilə qarşılaşacaq. Bu cütün qalibi H qrupunda İspaniyanın “Casademont” (Saraqosa), Macarıstanın “Falco” və Danimarkanın “Bakken Bears” komandaları ilə mübarizə aparacaq.

“Neftçi” isə I qrupunda mübarizəyə başlayacaq. Onların rəqibləri Estoniyanın “Kalev/Kramo”, Türkiyənin “Bursaspor” və Polşanın “Trefl” klublarıdır.

Qeyd edək ki, “Abşeron Lions” 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında dördüncü, “Neftçi” isə gümüş medal qazanıb. Təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabr tarixlərində keçiriləcək. Müntəzəm mövsümün oyunları barədə məlumat isə daha sonra açıqlanacaq.