“Azərbaycan komandasını təbrik etmək istəyirəm”
Bakı, 1 oktyabr, Tsport.az
Bu sözləri III MDB Oyunlarında keçirilən Azərbaycan (U-16) – Qırğızıstan (U-16) matçından sonra Qırğızıstan baş məşqçisi Sanjar Şarşeyev deyib.
Tsport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan oyunda millimiz 4:0 hesabı ilə qalib gəlib. matçdan sonra Sanjar Şarşeyev təəssüratlarını bölüşüb:
– İlk olaraq, Azərbaycan komandasını təbrik etmək istəyirəm. Oyuna gəlincə, daha geniş təhlil aparmaq lazım olacaq.
– Birinci hissə ümumilikdə pis alınmadı, kifayət qədər yaxşı çıxış etdik. Lakin hücumları sona çatdırmaqda çətinlik çəkdik, qol vurmaq mümkün olmadı. İkinci hissədə isə futbolçular bəlkə də bir qədər həddən artıq motivasiyalı idilər və bu, müəyyən anlarda oyunun davamını çətinləşdirdi.
– Təşkilatçılığa gəldikdə isə, onu yüksək qiymətləndirirəm. Heç də pis səviyyədə deyil, əksinə, yaxşı, hətta çox yaxşı səviyyədədir. Ümid edirəm ki, bu səviyyə hər il daha da yüksələcək.
– Hamınıza uğurlar arzulayıram!
Bahar Rüstəm