Azərbaycan milli komandasının heyəti açıqlandı
Bakı, 29 avqust , Tsport.az
Bu gün Dünya Çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Ukrayna və Azerbaycan – İslandiya oyunları üçün Futbol milli komandamızın heyəti açıqlandı.
Tsport.az xəbər verir ki, AFFA İnzibati binasında baş tutacaq konfransda Milli komandamızın baş məşqçisi Fernando Santos çağırılan futbolçuların siyahısını elan edib.
Millinin heyəti:
. | Ad/Soyad | Klub |
1 | Rza Cəfərov | Neftçi |
2 | Şahrudin Məhəmmədəliyev | Qarabağ |
3 | Aydın Bayramov | Zirə |
4 | Abbas Hüseynov | Qarabağ |
5 | Qismət Alıyev | Zirə |
6 | Bəhlul Mustafazadə | Qarabağ |
7 | Elvin Bədəlov | Neftçi |
8 | Cəlal Hüseynov | Arda (Bolqarıstan) |
9 | Rəhman Daşdəmirov | Sabah |
10 | Anton Krivotsyuk | “Daejeon Hana Siti” (Cənubi Koreya) |
11 | Elvin Cəfərquliyev | Qarabağ |
12 | Toral Bayramov | Qarabağ |
13 | İsmayıl İbrahimli | Zirə |
14 | Ceyhun Nuriyev | Zirə |
15 | Səbuhi Abdullazadə | Sumqayıt |
16 | Emin Mahmudov | Neftçi |
17 | Anatoli Nuriyev | Sabah |
18 | Ozan Can Kökçü | Volendam (Niderland) |
19 | Şahin Şahniyarov | Qəbələ |
20 | Mahir Emreli | Kayzerslautern (Almaniya) |
21 | Nəriman Axundzadə | Qarabağ |
22 | Renat Dadaşov | Motor (Polşa) |
23 | Musa Qurbanlı | Qarabağ |
24 | Xəyal Əliyev | Sabah |
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya yığması ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.