Basketbol

Azərbaycan millisi Avropa çempionatında ilk qrup matçını keçirib

Bakı, 25 iyul , Tsport.az

Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət millisi Avropa Çempionatı B divizionundakı ilk qrup oyununa çıxıb.

Tsport.az xəbər verir ki, komandamız meydan sahibi “Rumıniya” yığması ilə qarşılaşıb. Oyun rəqibin 60:34 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimizin növbəti matçı iyulun 26-da Ukrayna yığmasına qarşı olacaq.