Azərbaycan Qran-prisi start götürür.
Bakı,19 sentyabr , Tsport.az
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş saat 10:00 da başlayıb.
Tsport.az xəbər verir ki,
Azərbaycan Qran-prisinin ilk gününün proqramı:
10:00. Formula 2: sərbəst yürüş
12:30. Formula 1: birinci sərbəst yürüş
14:30. Formula 2: təsnifat mərhələsi
17:00. “Formula-1”: ikinci sərbəst yürüş
Qeyd edək ki, Formula 1 üzrə Yarış paytaxtımızda artıq 9-cu dəfə təşkil olunur. Həmçinin bu gün start götürülən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Aytac Mustafayeva