Azərbaycan Super Liqası: “Rekord”dan əzmkar qələbə
Bakı, 13 iyul , Tsport.az
AFFA və Çimərlik Futbolu Federasiyasının birgə Təşkilatçılığı ilə təşkil olunan Çimərlik futbolu üzrə Azərbaycan Super Liqası keçirilir.
Tsport.az xəbər verir ki, 3-cü günün ilk matçı “Dirçəliş” və “Rekord” arasında keçirilib.
Matçda əsas vaxt 5-5 başa çatıb. Əlavə dəqiqələrdə hesab 7-7 olsa da, qalib gələn olmadığına görə oyun penaltilərə gedib. Penatilər seriyasında “Rekord” 3-1 hesabı ilə “Dirçəliş”ə qalib gəlib.
Qeyd edək ki, matçlar Tsport.az YouTube kanalı və Tsport.az saytı vasitəsilə canlı yayımlanır.