Azərbaycan Futbolu

Azərbaycan U-17 Qazaxıstan üzərində qələbə qazandı

Bakı, 6 iyun , Tsport.az 

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Komanda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivini 2:0 hesabı ilə məğlub edib.

Tsport.az xəbər verir ki, matçın 28-ci dəqiqəsində Nicat Kərimov hesabı açıb, 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb, bu da millimizə qələbəni təmin edib.

Azərbaycan U-17 millisi növbəti sınağını iyunun 10-da Gürcüstan yığmasına qarşı keçirəcək.