Azərbaycanın stolüstü tennisçisi gümüş medal qazanıb
Bakı, 29 sentyabr, Tsport.az
Qəbələ Olimpiya İdman kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışları davam edir.
Tsport.az xəbər verir ki, Azərbaycan idmançısı Onur Quluzadə fərdi yarışda rusiyalı Yevgeni Dosova uduzub (0:3) və gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycanın stolüstü tennisçiləri daha əvvəl 6 medal (3 gümüş, 3 bürünc) qazanıblar.