Azərbaycan Futbolu

Bədavi Hüseynov “Qarabağ”la 250 oyun sərhədini aşdı

Bakı, 12 may, Tsport.az

Təcrübəli müdafiəçi Bədavi Hüseynov “Qarabağ”ın heyətində Azərbaycan Premyer Liqasında 250-ci oyununu keçirib.

Tsport.az xəbər verir ki, bu haqqda Peşəkar Futbol Liqası məlumat verib.

33 yaşlı futbolçunun yubiley oyunu Misli Premyer Liqasının XXXIV turunda “Araz-Naxçıvan”a qarşı keçirilən matça təsadüf edib. Ağdam təmsilçisi həmin qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub edib.

2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov bu müddət ərzində Premyer Liqa çərçivəsində 4 dəfə rəqib qapılarına yol tapıb. O, Azərbaycan çempionatları tarixində eyni klubda 250 və daha çox oyun keçirən sayca 6-cı futbolçudur.

Bu siyahıda liderlik edən oyunçular bunlardır:

1 Maksim Medvedev (Qarabağ) – 376 oyun
2 Qara Qarayev (Qarabağ) – 305 oyun
3 Aslan Kərimov (Qarabağ) – 268 oyun
4 Rahid Əmirquliyev (Xəzər Lənkəran) – 254 oyun
5 Richard Almeida (Qarabağ) – 254 oyun
6 Bədavi Hüseynov (Qarabağ) – 250 oyun