Bakı Çempionlar Liqasına ev sahibliyi edəcək?
Bakı, 19 mart, Tsport.az
Bakı Olimpiya Stadionu 2027-ci ildə keçiriləcək Çempionlar Liqasının finalına ev sahibliyi etməyəcək.
Tsport.az xəbər verir ki, bu qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Həlledici oyun 2027-ci ildə İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionunda keçiriləcək.
Qeyd edək ki, 2027-ci ilin finalına ev sahibliyi etmək üçün Bakı və Madrid şəhərləri öz namizədliklərini irəli sürmüşdü.