Bakı şəhər çempionatı uğurla başa çatdı
Bakı, 1 iyul , Tsport.az
28–30 iyun tarixlərində “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçirilib. Turnir Azərbaycan Bilyard Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi, “Pro Pool Station” və “Azpulmat”ın tərəfdaşlığı ilə təşkil olunub.
Tsport.az xəbər verir ki, yarışda peşəkar oyunçular iştirak edib və yüksək səviyyəli oyunlar nümayiş etdirilib.
Kişilər arasında mükafatçılar:
- Fəttayev Murad
- Nuriyev Elnur
- Əmiraslanov Ruslan
- Rzayev Orxan
Qadınlar arasında mükafatçılar:
- Nəsirova Mina
- Abbasova Zəhra
- Konkina Valeriya
- Yolçuzadə Zəminə
Bu turnir bir daha göstərdi ki, Azərbaycanda bilyard idman növünə olan maraq artmaqdadır və yerli istedadlar beynəlxalq uğurlara iddialıdır.