Digər

Bakıda “Pool Nine Ball” çempionatı

Bakı, 25 iyun , Tsport.az 

Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Pro Pool Station” klubunun ev sahibliyi ilə 28–30 iyun tarixlərində Bakı şəhərində “Pool Nine Ball” üzrə şəhər çempionatı keçiriləcək.

Tsport.az xəbər verir ki, turnirin əsas məqsədi ölkəmizdə bilyard idman növünün inkişafına dəstək göstərmək, gənclər arasında bu idmana marağı artırmaq və peşəkar idmançılar üçün yarış təcrübəsi yaratmaqdır.

Çempionatda paytaxt və regionlardan gələn istedadlı bilyardçılar mübarizə aparacaq, yüksək səviyyəli qarşılaşmalar gözlənilir.

Bu turnir Azərbaycan Bilyard Federasiyasının illik yarış təqviminin vacib hissəsini təşkil edir və yerli səviyyədə keçirilən ən əhəmiyyətli tədbirlərdən biridir.

Federasiya qalibləri medallar və diplomlarla təltif edəcək, bütün azarkeşləri bu idman bayramında iştirak etməyə dəvət edir.