Formula 1

Bakıdakı  pişik Formula-1-də ulduza çevrildi

Bakı,20 sentyabr ,  Tsport.az 

Formula-1 də təsadüfən qonaq olan  bir pişik tədbirə öz varlığı ilə xüsusi rəng qatıb və bir çoxlarının marağına səbəb olub. 

 Tsport.az xəbər verir ki, hətta The Sun qəzetində tədbirin qəhrəmanına çevrilən pişiyin  maraqlı fotoları da yayımlanıb. 

Təhlükəsizlik məqsədi ilə iki dəfə ərazidən uzaqlaşdırılmasına baxmayaraq, pişik yenidən geri qayıdıb. Elə məşhur pilotlar – Max Verstappen və Lewis Hamilton gələndə də bu balaca pişik onların diqqətini cəlb edib.

Sevimli, balaca pişik qısa bir müddət ərzində Azərbaycan Qran-prisinində həqiqi ulduza çevrilib.

Aytac Mustafayeva