Dünya Futbolu

“Barcelona” 80 illik rekordu təkrarladı

Bakı, 29 sentyabr, Tsport.az

İspaniya La Liqasında VII tur çərçivəsində “Real Sociedad” üzərində 2:1 hesablı qələbə qazanan “Barcelona” klub tarixində mühüm göstəriciyə imza atıb.

Tsport.az xəbər verir ki, Kataloniya təmsilçisi bütün turnirlərdə ardıcıl 44-cü qarşılaşmada qol vuraraq, 1942–1944-cü illərdə Xuan José Noguésin rəhbərliyi altında müəyyənləşmiş klub rekorduna çatıb.

Bu nəticə ilə son ölkə çempionu təxminən 80 il əvvəlki göstəricini yenidən təkrarlamış oldu.