Dünya Futbolu

“Barcelona” Ansu Fati ilə yolları ayırır

Bakı, 31 mart, Tsport.az

Barcelona gənc hücumçu Ansu Fati ilə mövsüm sonunda yollarını ayırmaq qərarına gəlib.

Tsport.az xəbər verir ki, zədə səbəbindən əvvəlki formasına qayıda bilməyən futbolçunun Kataloniya klubunun gələcək planlarında yer almadığı bildirilir.

Son mövsümlərdə istədiyi yüksəlişi göstərə bilməyən Fati, karyerasına yeni bir səhifə açmaq niyyətindədir. Beşiktaş-ın transfer siyahısında olduğu deyilən 21 yaşlı oyunçunun Türkiyə klubuna müsbət yanaşdığı və rəsmi təklif gəldiyi halda danışıqlar masasına oturacağı vurğulanır.

Cari mövsümdə icarə əsasında Brighton-da çıxış edən ispaniyalı futbolçu 8 oyunda cəmi 187 dəqiqə meydanda olub.