“Barcelona” “Borussia Dortmund”u darmadağın etdi
Bakı, 10 aprel, Tsport.az
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda İspaniyanın “Barcelona” komandası Almaniya təmsilçisi “Borussia Dortmund”u öz meydanında qəbul edib.
Tsport.az xəbər verir ki, Lluís Companys Olimpiyat stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniya təmsilçisinin heyətində 25-ci dəqiqədə Raphinha, 48,66-ci dəqiqələrdə Robert Lewandowski, 77-ci dəqiqədə isə Lamine Yamal fərqlənməyi bacarıb.
Qonaq komanda rəqib qapısına qol şansı tapa bilməyib.