“Barcelona” bu dəfə də əsas stadionda oynaya bilməyəcək
Bakı, 8 oktyabr, Tsport.az
“Barcelona” La Liqanın 9-cu turunda “Girona”ya qarşı oynayacağı ev matçını yenidən qurulan “Camp Nou” stadionunda keçirə bilməyəcək.
Tsport.az xəbər verir ki, klubun rəsmi saytında yayılan açıqlamaya əsasən, qarşılaşma “Olimpic Lluís Companys” arenasında baş tutacaq.
Şəhər rəhbərliyi hələlik “Barcelona”ya əsas stadionunda oyun keçirməyə icazə verməyib.
Kataloniya təmsilçisi “Camp Nou”da sonuncu dəfə 2023-cü ilin mayında rəsmi matça çıxıb.