Dünya Futbolu

“Barcelona” Dani Olmo ilə yolları ayırmağa hazırdır

Bakı, 9 may, Tsport.az

Kataloniya nəhəngi “Barcelona”, gələn yay transfer pəncərəsində Dani Olmo ilə bağlı açıq mövqe sərgiləyib.

Tsport.az xəbər verir ki, klub rəhbərliyi, 27 yaşlı ispan yarımmüdafiəçinin satılmasına müsbət yanaşır və onun üçün gələcək təklifləri dəyərləndirməyə hazır olduğunu bildirib.

Mənbələrin məlumatına görə, “Blaugrana” Olmonun transferindən minimum 70 milyon avro qazanmaq niyyətindədir. Futbolçunun oyun üslubu və çox yönlü mövqe imkanları bir neçə Avropa nəhənginin radarına düşüb.