Dünya Futbolu

“Barcelona” Frenkie de Jong ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Bakı, 21 avqust  , Tsport.az

28 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsi 2028-ci ilin yayına qədər davam edəcək və bir il uzadılma ehtimalı da var.

Tsport.az xəbər verir ki, bu yeni razılaşmaya əsasən, De Jong illik 9 milyon avro maaş alacaq. Hazırda 2026-cı ilin iyununa qədər müqaviləsi olan futbolçu bu yaxınlarda agentini dəyişib. Yeni təmsilçisi artıq “Barcelona” rəhbərliyi ilə görüşərək müqavilənin detallarını müzakirə edib. Qeyd edək ki, 2024/25 mövsümündə Frenkie de Jong “Barcelona” forması ilə 46 oyunda meydana çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.