“Barcelona” Frenkie de Jongla yeni müqavilə imzalayıb
Bakı, 15 oktyabr, Tsport.az
“Barcelona” yarımmüdafiəçisi Frenkie de Jong ilə müqaviləsini yeniləyib.
Tsport.az xəbər verir ki, 28 yaşlı niderlandlı futbolçunun yeni sözləşməsi 2029-cu ilə qədər qüvvədə olacaq.
Yeni müqaviləyə əsasən, onun buraxılış məbləği 500 milyon avro müəyyənləşdirilib.