-->
Dünya Futbolu

”Barcelona” futbolçusu üçün 120 milyon avro tələb edir

Bakı, 25 mart, Tsport.az

Kataloniya nəhəngi “Barcelona” braziliyalı yarımmüdafiəçisi Raphinhanın transfer dəyərini müəyyən edib.

Tsport.az xəbər verir ki, klub 28 yaşlı futbolçu üçün 120 milyon avro tələb edir. Raphinhaya İngiltərə Premyer Liqasının bir neçə klubu maraq göstərir.

Cari mövsümdə La Liqada 27 oyun keçirən ulduz futbolçu 13 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “Barcelona” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.