“Barcelona” gənc yarımmüdafiəçisini transferə çıxara bilər
Bakı, 2 avqust, Tsport.az
“Barcelona” klubu gənc futbolçusu Marc Casadó ilə yollarını ayırmağa hazırlaşır.
Tsport.az xəbər verir ki, “AS” qəzetinin məlumatına görə, klub rəhbərliyi 21 yaşlı oyunçunun satışını nəzərdən keçirir.
Baş məşqçi Hansi Flickin gələcək planlarında Casadóya yer verilmədiyi bildirilir. Bu isə oyunçunun komandadan ayrılma ehtimalını gücləndirib.
Gənc yarımmüdafiəçi ilə “Chelsea” klubu maraqlanır. London təmsilçisinin transfer üçün ilkin təmaslara başladığı qeyd olunur.
Qeyd edək ki, Marc Casadó indiyədək “Barcelona” formasında 41 matçda iştirak edib, 1 qol vurub və 6 assistlə yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir.