“Barcelona” Jül Kunde ilə müqaviləni uzatdı
Bakı, 15 avqust, Tsport.az
“Barcelona” klubu fransalı müdafiəçi Jül Kunde ilə müqaviləni rəsmən uzadıb.
Tsport.az xəbər verir ki, 26 yaşlı futbolçunun yeni müqaviləsi 2030-cu ilin yayına qədərdir. Onun “Barcelona” ilə əvvəlki müqaviləsi 2027-ci ilin iyununda başa çatırdı.
Qeyd edək ki, Kunde ötən mövsüm bütün yarışlarda “Barcelona”nın heyətində 53 oyunda iştirak edərək 4 qol vurub və 8 məhsuldar ötürmə verib.