Dünya Futbolu

“Barcelona” Jules Koundé ilə yeni müqaviləyə yaxınlaşır

Bakı, 22 iyul , Tsport.az 

Barcelona” futbolçusu Jules Koundé ilə müqaviləsini uzatmağa hazırlaşır. Kataloniya klubu 26 yaşlı fransalı müdafiəçi ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Tsport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Klub rəhbərliyi yeni müqavilənin La Liqanın maliyyə fair-play qaydalarına tam uyğun olacağına ümid edir. Hazırda Koundénin “Barcelona” ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir və mövcud şərtlər FFP çərçivəsində nəzərdən keçirilir.

Eyni zamanda, EFE-nin məlumatına görə, tərəflər prinsipial razılığa gəliblər və yeni müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.