“Barcelona” Kevin Lomonasonu transfer siyahısına daxil etdi
Bakı, 17 iyun , Tsport.az
“Barcelona” Argentina millisinin və “İndependiente” klubunun müdafiəçisi Kevin Lomonaso ilə maraqlanır. Kataloniya klubu Ronald Araujo və Andreas Kristensen komandadan ayrılsa, 23 yaşlı futbolçunu transfer etməyi planlaşdırır.
Tsport.az xəbər verir ki, Lomonasonun keçidi üçün “Barcelona” 20 milyon dollar ödəməlidir. Müdafiəçi iyun ayında Argentina millisinin heyətinə çağırılsa da, meydana çıxmayıb.
Qeyd edək ki, futbolçunun transfer hüququnun 75%-i “İndependiente”yə, 25%-i isə “Bragantino”ya məxsusdur. Bu səbəbdən “Barselona” üçtərəfli razılıq əldə etməlidir.
Kataloniya klubu transfer bazarında aktiv fəaliyyətini davam etdirir.