“Barcelona” köhnə yetirməsini geri qaytarmaq istəyir
Bakı, 4 may, Tsport.az
Kataloniya təmsilçisi “Barcelona”, “Bayer Leverkusen”də çıxış edən sol cinah müdafiəçisi Álex Grimaldo ilə maraqlanır.
Tsport.az xəbər verir ki, 29 yaşlı futbolçunun transferi üçün “Barça” yaxın zamanda “Bayer” rəhbərliyi ilə rəsmi danışıqlara başlayacaq. Klub Grimaldonu yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.
Grimaldo bu mövsüm “Bayer Leverkusen”in heyətində 45 oyuna çıxaraq 4 qol vurub, 12 məhsuldar ötürmə ilə komandasına töhfə verib. Qeyd edək ki, o, vaxtilə “Barcelona”nın akademiyası – “La Masia”nın yetirməsi olub.