Dünya Futbolu

“Barcelona”, Luiz Diasın transferini hələ də nəzərdən keçirir

Bakı, 16 mart, Tsport.az

Maliyyə məhdudiyyətlərinə baxmayaraq, İspaniyanın “Barcelona” klubu, “Liverpool”un hücumçusu Luis Diazı heyətinə qatmaq istəyindən əl çəkmir. Klubun idman direktoru Deku artıq transferin mümkünlüyünü araşdırmaq məqsədilə Diazın nümayəndələri ilə bir neçə qeyri-rəsmi görüş keçirib.

Tsport.az xəbər verir ki, İspaniya mətbuatı “Sport.es” yayımladığı xəbərdə bildirir ki, “katalonlar” hələ də Diazın transferini ciddi şəkildə nəzərdən keçirir. Ancaq klubların maliyyə feyr-pley qaydalarına riayət etməsi lazım olduğu üçün, “Barcelona” bu transferi yalnız yay aylarında həyata keçirə biləcək. Klub, bir böyük oyunçu satmalı və bununla da maliyyə vəziyyətini düzəltməlidir.

Həmçinin, qeyd edilib ki, Luis Diazın 2027-ci ilədək “Liverpool”la müqaviləsi olmasına baxmayaraq, 2028-ci ilə qədər “Newcastle ”la müqaviləsi olan İsakdan daha əlverişli transfer variantı hesab olunur. Bu ilin sonunda, Luis Diazın bazar qiymətinin xeyli düşəcəyi gözlənilir, çünki 2026-cı ildə onun müqaviləsi bitəcək.

Dekun, transferi həyata keçirmək üçün maliyyə şərtlərinə uyğunlaşdırma planları hazırlayıb. Bu transferin dəyəri təxminən 70-75 milyon avro olacaq və bununla əlaqədar olaraq, klub əməkhaqqı cədvəlində təxminən 30 milyon avro yer açmaq məcburiyyətində qalacaq.

“Transfermarkt”ın məlumatına əsasən, Diazın bazar dəyəri 85 milyon avro civarındadır. Cari mövsümdə 41 oyunda 13 qol vuran və 5 məhsuldar ötürmə edən Kolumbiya yığmasının oyunçusu, əsasən vinger mövqeyində çıxış edir.