Dünya Futbolu

“Barcelona” Maghnes Akliouche-nin Transferini Hədəfləyir

Bakı, 12 may, Tsport.az

“Barcelona” klubu “AS Monaco”nun parlayan ulduzu Maghnes Akliouche ilə maraqlanır.

Tsport.az xəbər verir ki, İspaniya mətbuatında yer alan məlumatlara əsasən, 23 yaşlı fransalı vinger özü də Kataloniya təmsilçisinə keçmək niyyətindədir. Əgər bu transfer baş tutarsa, Akliouche gənc istedad Lamine Yamal ilə əsas heyətdə yer uğrunda ciddi rəqabət aparmalı olacaq.

Maghnes Akliouche cari mövsümdə “Monaco” forması ilə 42 oyuna çıxaraq 7 qol və 12 assistlə yadda qalıb.