“Barcelona” Marc Casado ilə yollarını ayıra bilər
Bakı, 2 avqust , Tsport.az
İspaniyanın nəhənglərindən biri sayılan “Barcelona” klubu futbolçusu Marc Casado ilə yollarını ayıra bilər.
Tsport.az xəbər verir ki, Kataloniya təmsilçisi 21 yaşlı yarımmüdafiəçini satmağı düşünür.
Belə ki, oyunçu baş məşqçi Hans-Dieter Flickin planlarına daxil deyil.
İngiltərənin “Chelsea” klubu isə futbolçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, Marc Casado “Barcelona”nın heyətində 41 oyunda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Aytac Mustafayeva