Dünya Futbolu

“Barcelona”, Martín Zubimendi ilə danışıqlara başlayıb

Bakı, 1 may, Tsport.az

“Real Sociedad” klubunun yarımmüdafiəçisi Martín Zubimendi növbəti mövsümdən “Barcelona” formasını geyinə bilər.

Tsport.az xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı ispan futbolçunu heyətinə qatmaq üçün ilkin danışıqlara başlayıb. Zubimendi, cari La Liga mövsümündə sərgilədiyi oyunla “Barcelona”nın transfer siyahısında ön sıralara yüksəlib.

Futbolçunun “Real Sociedad” ilə olan müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.