“Barcelona” möhtəşəm geri dönüşlə “Celta de Vigo”nu məğlub etdi
Bakı, 19 aprel, Tsport.az
İspaniya La Liqasının 32-ci turunda “Barcelona” möhtəşəm bir geri dönüşə imza atıb.
Tsport.az xəbər verir ki, “Celta de Vigo”-nu qəbul edən Kataloniya təmsilçisi 1:3 geridən gəldiyi qarşılaşmada 4:3 hesabı ilə qalib gəlib.
Matçın 62-ci dəqiqəsində 1:3 hesabı ilə geridə olan “Barcelona”, ardıcıl dörd dəqiqə ərzində hesabı bərabərləşdirib. Oyunun son anlarında, 90+8-ci dəqiqədə Rafinha penalti zərbəsi ilə qalibiyyət qolunu vuraraq komandasına üç xalı qazandırıb.
Hal-hazırda “Barcelona” La Liqa cədvəlinə 73 xalla başçılıq edir və “Real Madrid”-dən 7 xal irəlidədir, lakin Madrid təmsilçisinin bir oyunu əskikdir. “Celta de Vigo” isə 43 xalla 7-ci sırada yer alır.